azturkxeber.az
http://azturkxeber.az

Hərbi Polis İdarəsində qoşun xidmətinin təşkili üzrə seminar keçirilib

26-07-2025

Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində Azərbaycan Ordusunun birlik və birləşmələrinin əməliyyat və döyüş hazırlığı şöbə (bölmə) rəislərinin baş köməkçiləri ilə qoşun xidmətinin təşkili üzrə seminar keçirilib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Seminarda 2024-2025-ci illərin yay və qış tədris dövrlərində Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdə qoşun xidmətinin vəziyyəti və hərbi intizam təhlil olunub.

Həmçinin müdafiə nazirinin, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin əmr və direktivlərinə əməl olunması, qoşun xidmətinin təşkili üzrə sənədlərin işlənib hazırlanması, daxili xidmət, qarnizon və qarovul xidmətinin, eləcə də hərbiləşdirilmiş mühafizə işinin təşkili və digər mövzular üzrə məruzələr dinlənilib, müvafiq tövsiyələr verilib.

Sonda Müdafiə Nazirliyinin rəhbərliyinin xidməti-döyüş fəaliyyətinin təşkili və hərbi intizamın daha da yüksəldilməsi ilə bağlı tapşırıqları iştirakçıların diqqətinə çatdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031