azturkxeber.az
http://azturkxeber.az

Helsinkidə Azərbaycanda Konstitusiya və Suverenlik ili münasibətilə tədbiri keçirilib

26-07-2025

Finlandiyanın paytaxtı Helsinkinin mərkəzində yerləşən Espan Lava səhnəsində Azərbaycanda Konstitusiya və Suverenlik ili münasibətilə “Voices of the Land of Fire” adlı mədəniyyət tədbiri keçirilib.

Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Helsinki Azərbaycan Evinin rəhbəri və Azər-Türk Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarovanın təşkilatçılığı ilə həyata keçirilib. Tədbirdə yüzlərlə izləyici – fin ictimaiyyəti, turistlər, eləcə də Norveç, Latviya və Finlandiyanın müxtəlif şəhərlərindən gəlmiş qonaqlar iştirak etdilər.

Tədbirdə Türkiyənin Finlandiyadakı səfirliyinin əməkdaşları da iştirak edirdilər. Qonaqlar arasında Türkiyənin Finlandiyadakı səfiri Dəniz Çakar və Türk Hava Yollarının Finlandiya üzrə rəhbəri Utku Yazan da yer alıb.

Təşkilatçı Ülviyyə Cabbarova iştirakçıları salamlayaraq Azərbaycan Konstitusiyası və ölkənin suverenlik tarixi haqqında danışıb, “Azərbaycan Evi”nin fəaliyyəti barədə məlumat verib.

Tədbirin bədii hissəsi Azərbaycanın milli-mədəni ənənələrini əks etdirən xoreoqrafik kompozisiya ilə açılıb. Finlandiyada yaşayan Sevil Rannel səhnədə milli üslubda rəqs ifası ilə izləyicilərin xüsusi marağına səbəb oldu.

Musiqi proqramında istedadlı vokal ifaçısı Orxan Cəlilovun ifasında Azərbaycan klassik və müasir musiqi parçaları səsləndirilib.

Tədbirin digər yaddaqalan çıxışlarından biri isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, peşəkar pianoçu Aydan Vəzirovanın fortepianoda Azərbaycan musiqi parçalarını ifa etməsi oldu.

“Voices of the Land of Fire” tədbiri Azərbaycanla Avropa xalqları arasında mədəniyyət və dostluq körpülərinin qurulmasına, ölkəmizin zəngin mədəniyyətinin daha geniş coğrafiyada tanıdılmasına xidmət edən mühüm platformaya çevrilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031