azturkxeber.az
http://azturkxeber.az

Bakıda “Dream FEST – 2025” Beynəlxalq Musiqi Festivalı davam edir

26-07-2025

Bakının “Sea Breeze” istirahət mərkəzində “Dream FEST – 2025” Beynəlxalq Musiqi Festivalı davam edir. Bu festival artıq musiqi bayramına çevrilərək dünya ulduzlarını və onların pərəstişkarlarını Xəzər dənizi sahilində açıq hava altında bir araya gətirib.

Festivalın üçüncü günü başlamazdan əvvəl sənətçilər ənənəyə uyğun olaraq simvolik firuzəyi xalça üzərindən keçiblər. Onun çaları Xəzər dənizinin səthinin parıltısını xatırladırdı.

Konsert proqramı italiyalı müğənni “In-Grid”in çıxışı ilə başlayıb. O, Vaqif Nağıyev ilə birlikdə Azərbaycan xalq mahnısı “Sarı gəlin”i ifa edib. Tamaşaçılar bu çıxışı gur alqışlarla və böyük coşqu ilə qarşılayıblar.

Daha sonra musiqili axşam ifaçılar Yuhan Benyaminov, Emin Ağalarov, Sandra Ann Lauer (Sandra), Haddway, “Kosheen”, “Ottawan”, “Bad Boys Blue”, “Secret Service” və digər artistlərin çıxışları ilə davam edib.

Bu axşam 1980–1990-cı illərin disko musiqisinə həsr olunub və retro sevənlər üçün əsl hədiyyə olub.

“Dream FEST” festivalı iyulun 26-da başa çatacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031