azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Venesuelada keçirilən poeziya festivalında təmsil olunub

26-07-2025

Venesuelanın paytaxtı Karakas şəhərində bütün qitələrdən dəvət olunan şairlərin yenicə başa çatan XIX Ümumdünya Poeziya Festivalında ölkəmizi Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Xəzər” jurnalının əməkdaşı, şair-tərcüməçi Mahir Qarayev təmsil edib.

Venesuela yazıçı və şairləri Anna Mariya Palomaresin “Od və kül arasında” (“De fuego o de ceniza”), Freddi Nyanyesin “Yad ev” (“Casa Ajena”) və Xorxe Rodrigesin “Külə dönmüş çay” (“Río quemado”) kitabları onun tərcüməsində ana dilimizdə nəşr olunub. Festival ərəfəsində Mahir N.Qarayevin bir neçə şeiri də ispan dilinə tərcümə olunaraq populyar nəşrlərdə yayılıb.

Bir həftə davam edən festival çərçivəsində müxtəlif şairlərin ispan dilində şeirlərinin Azərbaycan, ingilis və digər dillərdə tərcümələri elektron formatda göstərilib, təşkil olunan kitab sərgisində ölkəmizdə ingilis və ispan dillərindən tərcümə kitabları nümayiş edilib. Mahir Qarayev Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfirliyinin dəstəyi ilə reallaşan səfərində otuzdan çox ölkənin yazarları ilə ünsiyyət qurub, klassik və müasir ədəbiyyatımız haqqında onlara məlumat verib, ədəbi əlaqələrin inkişafı məsələləri barədə fikir mübadiləsi aparıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031