Ər-Riyadda pilotsuz avtomobillər istifadəyə verilib
Səudiyyə Ərəbistanının Nəqliyyat Nazirliyi tərəfindən iyulun 24-də ilkin sınaq mərhələsində istifadəyə verilən pilotsuz avtomobillər tezliklə “Uber” tətbiqi vasitəsilə müştərilərə xidmət göstərəcək.
Bunu Uber-in Yaxın Şərq üzrə avtonom mobillik üzrə rəhbəri Məhəmməd Cərdanə “əl-Arabiyyə” deyib.
Səudiyyə Ərəbistanının Nəqliyyat Nazirliyi pilotsuz nəqliyyatın adi avtomobillərdən 10 dəfə daha təhlükəsiz olduğunu bildirib.
Pilotsuz avtomobillər ilkin mərhələdə paytaxt ər-Riyadda Kral Xalid Beynəlxalq Hava Limanı və bir sıra digər mühüm yerləri, o cümlədən magistral yollar və şəhərin mərkəzi daxil olmaqla 7 istiqamət üzrə real iş mühitində fəaliyyət göstərəcək.