azturkxeber.az
http://azturkxeber.az

Pirallahı sakinindən 42 kiloqram narkotik vasitə tutulub

25-07-2025

Pirallahı sakinindən 42 kiloqram narkotik vasitə tutulub

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə və satışına qarşı mübarizəni davam etdirirlər.

DİN-ın mətbuat xidmətindən verilən məlumata görə, Pirallahıda keçirilən növbəti əməliyyat zamanı 1975-cı il təvəllüdlü, əvvəllər də narkotiklərlə əlaqədar cinayətə görə məhkum olunmuş rayon sakini Maqsud Cəfərov saxlanılıb. Ondan tərkibinə zərərli maddələr əlavə edilmiş 42 kiloqram marixuana aşkarlanıb.

O, ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Pirallahı rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031