azturkxeber.az
http://azturkxeber.az

Masallıda II Regional Gənclər Festivalı keçirilib

25-07-2025

Masallı rayonunda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 31 illiyinə həsr olunmuş II Regional Gənclər Festivalı keçirilib.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin deputatı Məşhur Məmmədov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, digər rəsmi şəxslər, media nümayəndələri və Masallı, Cəlilabad, Lənkəran, Lerik, Yardımlı və Astara rayonlarından olan gənclər iştirak ediblər.

Festival çərçivəsində iştirakçılar müxtəlif idman növləri üzrə nümayiş etdirilən nümunəvi çıxışlara baxıb, regionda fəaliyyət göstərən Gənclər Evi Sosial Xidmət Müəssisələrinin, əl işləri və xalq yaradıcılığı ilə məşğul olan gənclərin hazırladığı sərgilərlə tanış olublar.

Tədbirdə çıxış edən natiqlər qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyev gənclərə daim xüsusi diqqət və qayğı ilə yanaşıb, ölkənin gələcəyini məhz sağlam düşüncəli və vətənpərvər gənclərlə bağlayıb. Azərbaycan gəncləri bu etimadı doğruldaraq cəmiyyətin fəal qüvvəsinə çevrilib. Xüsusilə Vətən müharibəsində göstərilən qəhrəmanlıq nümunələri bunun bariz göstəricisidir.

Çıxışlarda vurğulanıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, ölkənin inkişafı, beynəlxalq nüfuzunun artması, ərazi bütövlüyünün təmin olunması istiqamətində atılan addımlar hər zaman gənclər tərəfindən dəstəklənir. Azərbaycan gəncliyi bu siyasi kursun davamçısı və fəal iştirakçısıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031