azturkxeber.az
http://azturkxeber.az

Leyli Əliyeva və Oleq Kerjankin Avropa rekorduna imza ataraq 2-ci yerin qalibi oldular

25-07-2025

Şimali Makedoniyada keçirilən “Skopye-2025” XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında güllə atıcılığı üzrə ölkə təmsilçilərimiz Leyli Əliyeva və Oleq Kerjankin 10 metr məsafəyə pnevmatik tapançadan duet yarışında yüksək nəticə göstərərək yarışın gümüş medalçıları olublar.

Qeyd edək ki, gənc idmançılarımız ilkin mərhələdə ən yüksək nəticə ilə çıxış edərək finala birinci olaraq vəsiqə qazanıblar və bu nəticə ilə Avropa rekordu müəyyən ediblər. Gərgin mübarizə şəraitində keçən final mərhələsində isə Leyli və Oleq 2-ci yeri tutaraq yarışın gümüş medalına sahib olublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031