azturkxeber.az
http://azturkxeber.az

İtaliyada əlverişsiz hava şəraiti fəsadlar yaradıb

25-07-2025

İtaliyanın şimalında yağıntılı, cənubunda isə isti hava şəraiti müşahidə edilir.

Ölkənin şimal regionlarında əlverişsiz hava şəraiti fəsadlar törədib. Aramsız leysan yağışları nəticəsində Treviso bölgəsində çaylar məcrasından çıxıb, torpaq sürüşməsi ilə əlaqədar Val Passiria əyalətinin yolu bağlanıb.

Mülki müdafiə qüvvələri Alto Adiqe bölgəsində köməksiz qalan insanları xilas ediblər. Kampobasso, Palermo və Peskarada qırmızı, Lombardiya, Piedmont, Veneto və Alto Adiqe bölgələrində isə sarı hava xəbərdarlığı elan olunub. Qeyri-sabit hava şəraitinin növbəti günlərdə də davam edəcəyi bildirilib.

Ölkənin cənub bölgələrində isə isti hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə kiçikmiqyaslı meşə yanğınları baş verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031