azturkxeber.az
http://azturkxeber.az

Daşkəsəndə özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

25-07-2025

Ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Daşkəsən rayonunda 257 şəxs üçün kiçik təsərrüfatlar qurulub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov özünüməşğulluq proqramı çərçivəsində rayon sakinləri - müharibə ilə əlaqədar əlilliyi olan Nəsibov Tural Əbutalıb oğlu və Ağayev Seyidəmir Mirağa oğlu üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

Özünüməşğulluq proqramının dəstəyi ilə aktivlər verilməklə T.Nəsibov üçün dəmirçi sexi, S.Ağayev üçün isə dülgər sexi qurulub. Onlar işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılması, öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Daşkəsən rayonunda 257 şəxs üçün kiçik təsərrüfatlar qurulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031