azturkxeber.az
http://azturkxeber.az

BVF ilə IV Maddə üzrə məsləhətləşmələrə hazırlıq çərçivəsində görüş keçirilib

25-07-2025

İyulun 25-də Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri xanım Anna Bordonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı ölkədə baş verən makroiqtisadi və makrofiskal proseslər, ilin sonuna və ortamüddətli perspektivlər, eləcə də son dövrlərdə həyata keçirilmiş təşəbbüslər və planlar, həmçinin növbəti ilin əvvəllərində keçirilməsi planlaşdırılan BVF-nin IV Maddə üzrə məsləhətləşmələr missiyası ilə bağlı müzakirələr aparılıb.

BVF nümayəndə heyətinə növbəti ortamüddətli dövr üzrə makrofiskal çərçivənin komponentləri, gəlir və xərc siyasətinin əsas istiqamətləri, dövlət maliyyəsinin idarə edilməsi sahəsində həyata keçirilən islahatlar və gözlənilən nəticələr barədə ətraflı məlumat verilib. Tərəflər həmçinin fiskal siyasət sahəsində əsas islahatlar gündəliyi və bu islahatlara BVF-nin mümkün dəstək imkanları barədə fikir mübadiləsi aparıblar.

Görüş zamanı Azərbaycanla BVF arasında mövcud olan əməkdaşlıqdan məmnunluq ifadə olunub, Azərbaycan hökumətinin bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğu vurğulanıb. Fond tərəfindən təqdim olunan texniki yardım proqramlarının və məsləhət xidmətlərinin ölkəmizdə makroiqtisadi sabitliyin və fiskal idarəetmənin gücləndirilməsinə mühüm töhfə verdiyi qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031