azturkxeber.az
http://azturkxeber.az

"Azərbaycan-Gürcüstan gənclərinin II beynəlxalq düşərgəsi" Qubada öz işinə başlayıb

25-07-2025

Qubada Azərbaycan-Gürcüstan "Gənclər həftəsi" çərçivəsində keçirilən "Azərbaycan-Gürcüstan gənclərinin II beynəlxalq düşərgəsi" öz işinə başlayıb.

Bununla əlaqədar iyulun 24-də Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Gürcüstan Respublikasının təhsil, elm və gənclər naziri Givi Mikanadze, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Qubaya gəliblər.

Qonaqlar əvvəlcə Qubada Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla anıblar.

Sonra Qırmızı qəsəbədə Dağ Yəhudiləri Muzeyi, həmçinin Quba Rayon Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə yerləşən STEAM mərkəzi ilə tanışlıq olub.

"Azərbaycan-Gürcüstan gənclərinin II beynəlxalq düşərgəsi"nin ilk günündə komanda quruculuğu üzrə sessiyalar və “İrsin dadı” adlı kulinariya üzrə birgə ustad dərsləri, həmçinin Azərbaycan və Gürcüstan gəncləri arasında futbol matçı təşkil edilib.

"Gənclər həftəsi" layihəsi Quba, "Gənclər Paytaxtı" Sumqayıt və Bakı şəhərlərini əhatə edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031