azturkxeber.az
http://azturkxeber.az

“AzerGold”un əməkdaşı “Yüksəliş” müsabiqəsinin qalibi olub

25-07-2025

“AzerGold”un əməkdaşı “Yüksəliş” müsabiqəsinin qalibi olub

“AzerGold” QSC-nin Risklərin idarəolunması və daxili nəzarət şöbəsinin müdir müavini Orxan Nağıyev 5-ci “Yüksəliş” müsabiqəsinin qaliblərindən biri olub.

QSC-dən bildirilib ki, o, 4 ay davam edən müsabiqədə iştirak etmiş 16 min 553 nəfər namizəddən ən yüksək bal toplayan 20 nəfər qalibin sırasına öz adını yazdırıb.

Orxan Nağıyev 2009-2013-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə bakalavriat, 2013-2015-ci illərdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. O, 2021-ci ildən “AzerGold” QSC-də çalışır.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqə intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli kadrların müəyyən edilməsi, onların stimullaşdırılması və ölkədə güclü kadr ehtiyatı bankının yaradılması məqsədilə təşkil olunur.

“AzerGold” QSC olaraq həmkarımız Orxan Nağıyevə təbriklərimizi çatdırır, gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031