azturkxeber.az
http://azturkxeber.az

Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda tədbirlər görülür

25-07-2025

Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda tədbirlər görülür

Son vaxtlar davam edən anomal istilərlə əlaqədar Azərbaycan Ordusunun hərbi qulluqçuları arasında istivurma və günvurma hallarının qarşısının alınması məqsədilə birlik, birləşmə və hərbi hissələrdə, eləcə də, xüsusi təyinatlı təhsil müəssisələrində bir sıra tədbirlər həyata keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, hərbi qulluqçuların istivurma və günvurmadan qorunması, profilaktikası, tibbi yardımın göstərilməsi, sanitariya maarifi işlərinin aparılması sistematik təşkil olunub və nəzarət gücləndirilib.

Döyüş hazırlığı və gündəlik fəaliyyət tədbirləri günəş şüalarının birbaşa düşdüyü ərazidə deyil, əsasən kölgəlikdə keçirilir, hərbi qulluqçular kazarma şəraitində yerləşdirilir və açıq səma altında görülən xidməti işlərə cəlb olunmur.

Əsgər yataqxanaları, yeməkxanalar, tibb məntəqələri, digər xidməti və inzibati otaqlarda kondisionerlər quraşdırılıb. Bütün otaqlarda ikitərəfli hava axınının olması nəzarət altında saxlanılır.

Bununla yanaşı, hərbi hissələrdə sərin su duşları, əlavə su təchizatı məntəqələri yaradılıb, şəxsi heyət içməli su və fərdi su qabları ilə təmin edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031