Akademik Asəf Hacıyevin kitabları beynəlxalq nəşriyyatlarda çap olunacaq
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının baş katibi akademik Asəf Hacıyevin kitabları beynəlxalq nəşriyyatlarda çap olunacaq.
Bu barədə Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutundan məlumat verilib. Bildirilib ki, akademik Asəf Hacıyev və çinli professor Jiuping Xunun həmmüəllifi olduqları “Çox ölçülü reqressiya analizi və süni intellekt” (High-regression analysis and Artificial Intelligence) adlı ilk kitab cari ilin sonunda “Springer” nəşriyyatı tərəfindən çap olunacaq. Kitab Azərbaycanda elmin inkişafında misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilib.
Akademik Asəf Hacıyevin SSRİ Dövlət mükafatı laureatı, İsveçin Umea Universitetinin professoru, mərhum alim Yuri Konstantinoviç Belyayevlə həmmüəllif olduğu “Queueing systems with moving servers” adlı növbəti kitab isə 2026-cı ilin yanvar ayında ABŞ-da “Taylor and Francis” nəşriyyatında çap olunacaq.