azturkxeber.az
http://azturkxeber.az

Xaçmaz şəhərində yol nişanlanma işləri davam etdirilir

24-07-2025

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Xaçmaz şəhərində yol hərəkətinin təhlükəsizliyinin artırılması və nəqliyyatın fasiləsizliyinin təmin olunması məqsədilə nişanlanma işləri aparılır.

AYNA-dan bildirilib ki, şəhərin Heydər Əliyev prospekti, Bakı və H.Z.Tağıyev küçələrində üfüqi nişanlanma xətlərinin yenilənməsi həyata keçirilib.

Ümumilikdə 40 kilometrdən çox ərazidə xətləmə işləri aparılıb.

Bununla yanaşı, Heydər Əliyev prospektində 9, Bakı küçəsində 3, H.Z.Tağıyev küçəsində isə 5 piyada keçidi yenidən çəkilib. Ərazilərdə hərəkət iştirakçılarının təhlükəsizliyinin artırılması məqsədilə müvafiq yol nişanları quraşdırılıb.

Yol nişanlanma işləri mərhələli şəkildə digər bölgələr üzrə də davam etdiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031