azturkxeber.az
http://azturkxeber.az

Xaçmaz şəhərində yol nişanlanma işləri davam etdirilir

15-08-2025

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Xaçmaz şəhərində yol hərəkətinin təhlükəsizliyinin artırılması və nəqliyyatın fasiləsizliyinin təmin olunması məqsədilə nişanlanma işləri davam etdirilir.

AYNA-dan bildirilib ki, bu dəfə şəhərin Nəsimi və N.Nərimanov küçələrində, eləcə də Xaçmaz-Quba yolunda üfüqi nişanlanma xətlərinin yenilənməsi həyata keçirilib.

Ümumilikdə 60 km-dən çox ərazidə xətləmə işləri aparılıb, 25 piyada keçidi yenidən çəkilib. Ərazilərdə hərəkət iştirakçılarının təhlükəsizliyinin artırılması məqsədilə müvafiq yol nişanları quraşdırılıb.

Yol nişanlanma işləri mərhələli şəkildə digər bölgələr üzrə də davam etdiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031