azturkxeber.az
http://azturkxeber.az

“Bosch” şirkəti 1100 iş yerini ixtisar edəcəyini açıqlayıb

23-07-2025

“Bosch” şirkəti 1100 iş yerini ixtisar edəcəyini açıqlayıb

Almaniyanın “Bosch” şirkəti Reutlingendəki zavodunda 2029-cu ilədək 1100 iş yerini ixtisar etməyi planlaşdırır.

Şirkətin açıqlamasında idarəetmə qurğuları istehsal edən müəssisənin artıq rəqabət qabiliyyətli olmadığı, strukturun yenidən qurulmasına və xərclərin azaldılmasına ehtiyac yarandığı qeyd edilib. Gələcəkdə bu müəssisədə əsasən yarımkeçiricilər istehsal olunacaq. Plana əsasən, 2029-cu ilin sonunadək 1100-dək iş yerinin ixtisarı tələb olunacaq. İxtisarlar istehsal, idarəetmə qurğularının hazırlanması sahələrini və inzibati sahəni əhatə edəcək.

Qərar idarəetmə qurğuları sahəsində çətinləşən bazar şərtləri, tələbatın kəskin azalması, artan rəqabət və qiymət təzyiqinə görə verilib. Bazar yeni təchizatçılar tərəfindən ciddi şəkildə sıxışdırılır.

Hazırda “Bosch” şirkətinin Reutlinqendəki zavodunda təxminən 10 min nəfər çalışır. Şirkət 2023-cü ilin sonundan etibarən bir sıra ixtisar proqramları həyata keçirir. Reutlingen zavodundakı dəyişikliklərlə birlikdə şirkət üzrə ümumilikdə 14 mindən çox iş yerinin ixtisar edilməsi planlaşdırılır. İxtisarların böyük hissəsi Almaniyadakı təchizat sahəsini əhatə edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031