azturkxeber.az
http://azturkxeber.az

ABŞ və Yaponiya yeni rüsumlarla bağlı razılığa gəlib

23-07-2025

ABŞ və Yaponiya yeni rüsumlarla bağlı razılığa gəlib

Yaponiyadan ABŞ-a ixrac ediləcək məhsullara 15 faiz gömrük rüsumu tətbiq ediləcək.

Prezident Donald Tramp sosial şəbəkə hesabında məlumat verib.

“Biz indicə Yaponiya ilə razılığa gəldik. Bu anlaşma bizə minlərlə yeni iş yeri yaratmağa imkan verəcək” – deyə Tramp qeyd edib.

Prezident həmçinin xatırladıb ki, Yaponiya ABŞ-a 550 milyard dollar sərmayə qoymağa da razılıq verib.

Qeyd edək ki, rəsmi Vaşinqton Yaponiyadan idxal edilən mallara 25 faiz rüsum tətbiq ediləcəyini bildirmişdi. Bundan sonra isə tərəflər rüsumların endirilməsi üçün danışıqlara başlamışdılar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031