azturkxeber.az
http://azturkxeber.az

III Şuşa Qlobal Media Forumunda “Azərpoçt”a məxsus poçt markaları dövriyyəyə buraxılıb

22-07-2025

18-21 iyul 2025-ci il tarixlərində “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu keçirilib. Forum çərçivəsində “Azərpoçt” MMC və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşəbbüsü ilə dövriyyəyə buraxılan Milli Mətbuatın 150 illiyinə həsr olunmuş poçt markalarının möhürlənməsi həyata keçirilib.

Markalar forumun 2-ci günü Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov tərəfindən möhürlənib.

Qeyd edək ki, sözügedən markalardan birinin üzərində Milli Mətbuatın banisi Həsən bəy Zərdabinin portreti və Azərbaycan dilində ilk dəfə nəşr olunan “Əkinçi” qəzetinin yazısı əks olunub. Digər markanın üzərində isə 1881-ci ildə təsis edilmiş “Kaspi” qəzetinin mətbəəsi və həmin qəzetin baş redaktoru, görkəmli publisist və ictimai xadim Əlimərdan bəy Topçubaşovun təsviri yer alıb.

Hər iki marka üzərində “Milli Mətbuat – 150 (1875 – 2025)” qeydinin vurğulanması yubileyin tarixi əhəmiyyətini göstərir.

Markaların dizaynı rəssam Aydın Əsgərova məxsusdur. Markalar Belçika poçtu tərəfindən çap olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031