azturkxeber.az
http://azturkxeber.az

I Dünya müharibəsi zamanı batan gəmi 109 il sonra tapılıb

22-07-2025

I Dünya müharibəsi zamanı batan gəmi 109 il sonra tapılıb

Şotlandiya sahillərindən təxminən 96 kilometr məsafədə, Şimal dənizində 109 il əvvəl batırılmış Britaniya Kral Donanmasına məxsus hərbi gəminin qalıqları aşkar edilib.

“HMS Nottingham” adlı 150 metrlik döyüş gəmisi 1916-cı il avqustun 19-da alman sualtı qayığı tərəfindən torpidolandıqdan sonra batmışdı. Hücum nəticəsində 38 heyət üzvü həlak olmuşdu.

Gəminin qalıqları beynəlxalq “ProjectXplore” komandası tərəfindən 82 metr dərinlikdə müəyyən edilib. Tarixi əhəmiyyətli gəmi qəzalarının yerini müəyyənləşdirməyi hədəfləyən bu ekspedisiya gəminin ölçüləri, avadanlığı və vəziyyətinin tarixi məlumatlarla üst-üstə düşdüyünü bildirərək onun “HMS Nottingham” olduğunu bildirib.

Dalğıclar gəminin gövdəsində “Nottingham” yazısı, üzərində Kral Donanmasına məxsus mavi tac simvolu olan boşqablar və digər əlamətləri də aşkarlayıblar. Məlumata görə, kəşfiyyat missiyası zamanı gəmi alman sualtı qayığı tərəfindən sol tərəfindən üç dəfə vurulmuşdu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031