azturkxeber.az
http://azturkxeber.az

Elmar Qasımov: Son beş ildə ölkəmizdə ilin ixtisası informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik seçilib

22-07-2025

Elmar Qasımov: Son beş ildə ölkəmizdə ilin ixtisası informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik seçilib

"Kiber Yay Məktəbi" ölkəmizdə kibertəhlükəsizlik sahəsində kadr hazırlığı istiqamətində ən mühüm unikal layihələrdən biridir. Gənclər arasında bu yay məktəbində gözəl kommunikasiya yaranır. Azərbaycanın gələcəyi, kibertəhlükəsizlik sahəsində mütəxəssislər olaraq kommunikasiya sayəsində bir-birinizi tanımaqla gözəl birlik yaradırsınız. Yay məktəbinin əsas nailiyyətlərindən biri budur. İkinci nailiyyət odur ki, mütəxəssislər tərəfindən gələcək hədəflərinizi müəyyənləşdirirsiniz. Bu, vacib şərtlərdən biridir. Digər yandan siz həmin ixtisası gələcəkdə seçmək haqqında tərəddüdlərə nöqtə qoyursunuz. Anlayırsınız ki, dünyanın bu günü və gələcəyi məhz rəqəmsal texnologiyalardan ibarətdir.

Bunu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov “Kiber Yay Məktəbi 2025”in rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

Rektorun sözlərinə görə, son beş ildə ölkəmizdə olan ixtisaslar arasında ortalama balına görə, ilin ixtisası məhz informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik seçilib: "Hazırda ən yüksək balı toplayan tələbələr məhz kibertəhlükəsizliyi, informasiya təhlükəsizliyini seçir. Ən elitar, ən savadlı kontingentimiz məhz həmin ixtisaslara yönəlir. Hər an həmin ixtisasa olan ehtiyac artır. Odur ki, sizi böyük gələcək gözləyir. Siz ölkənin intellektual əsgərlərisiniz. Harada təhsil alırsınızsa alın, Azərbaycana xidmət etməlisiniz. Bu sizin mənəvi borcunuzdur".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031