azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Yəhudi Media Mərkəzindən Təbrik

22-07-2025

22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri, media əməkdaşlarını və azad sözün keşiyində duran peşəkar qələm sahiblərini səmimi qəlbdən təbrik edirik!

Media cəmiyyətin aynasıdır. Demokratik dəyərlərin qorunması, insan hüquqlarının müdafiəsi və ictimai rəyin formalaşmasında medianın rolu danılmazdır. Azərbaycan mətbuatı bu yolda mühüm missiya daşıyır və biz bu missiyaya yüksək dəyər veririk.

Azərbaycan Yəhudi Media Mərkəzi olaraq, peşə fəaliyyətini dürüstlük, obyektivlik və milli həmrəylik prinsipləri əsasında həyata keçirən bütün media nümayəndələrinə yeni-yeni uğurlar, möhkəm sağlamlıq və tükənməz qələmlər arzulayırıq.

Qoy sözünüz həmişə azad, qələminiz daim kəsərli olsun!

Hörmətlə,

Azərbaycan Yəhudi Media Mərkəzi

Nəsimi Əbilov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031