azturkxeber.az
http://azturkxeber.az

“AzerGold” III Şuşa Qlobal Media Forumunda təmsil olunub

22-07-2025

“AzerGold” QSC ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən III Qlobal Media Forumunda təmsil olunub.

QSC-dən bildirilib ki, 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən, 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin qatıldığı forum çərçivəsində dövlət şirkətinin ərsəyə gətirdiyi qızıl və gümüş məhsulları sərgilənib.

“AzerGold” QSC-nin stendində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Smartminting” texnologiyası əsasında üçölçülü formatda ərsəyə gətirilmiş “100 il və onun fövqündə bir irs” qızıl sikkəsi, İçərişəhərə, həmçinin Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş qızıl sikkə, yeni nəsil “Bakı” gümüş sikkəsi və digər tematik sikkələr yer alıb.

Sərgidə dövlət şirkətinin fəaliyyəti, xüsusilə “Şuşa”, “Qarabağ inciləri”, “Natəvan” sikkələri, onların ifadə etdiyi tarixi-mədəni mesajlar barədə xarici qonaqlara ətraflı məlumatlar verilib. Stenddə, həmçinin yaxın zamanda satışa təqdim ediləcək “Laçın” qızıl və gümüş kolleksiyasının dizaynı ictimaiyyətə təqdim edilib. Nümunələr ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031