azturkxeber.az
http://azturkxeber.az

ABŞ-ın vitse-prezidentinə qarşı Britaniyada etirazlar gözlənilir

22-07-2025

ABŞ-ın vitse-prezidentinə qarşı Britaniyada etirazlar gözlənilir

ABŞ-ın vitse-prezidenti Cey Di Vensin növbəti ay İngiltərənin Kotsvolds bölgəsinə ailəvi istirahət səfəri planlaşdırılır.

Etirazçılar onun gəlişinə qarşı aksiyalar keçirəcəklərini bəyan ediblər.

“Stop Trump Coalition” adlı təşkilat Cey Di Vensin Birləşmiş Krallıqda ABŞ Prezidenti Donald Tramp qədər arzuolunmaz şəxs olduğunu bildirib. Qrupun sözçüsü deyib: “Bu ay Tramp Aberdin və Edinburqda etiraz aksiyaları ilə qarşılanacaq, sentyabrda isə Londonda və Vindzorda aksiyalar davam edəcək. Cey Di Vens də Tramp qədər burada xoş qarşılanmayacaq”,- deyə o, bildirib.

Cey Di Vensin növbəti ay həyat yoldaşı və üç azyaşlı övladı ilə birlikdə Kotsvolds bölgəsində istirahət edəcəyi gözlənilir. Onun səfəri Donald Trampın Şotlandiyadakı qolf sahələrinə beşgünlük turundan dərhal sonra baş tutacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031