azturkxeber.az
http://azturkxeber.az

Ombudsmanın təşəbbüsü əsasında nifrət nitqi və ksenofobiyanın qadağası ilə bağlı maarifləndirici vəsait hazırlanıb

21-07-2025

Ayrı-seçkiliyin qarşısının alınması və bərabərliyinin təmini Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətinin mühüm istiqamətlərindən biri bərabərliyin təmini və ayrı-seçkiliyin qarşısının alınması ilə bağlıdır.

Bərabər rəftar və ayrı-seçkiliyə məruz qalmama hüququ, eləcə də ifadə azadlığı fundamental insan hüquq və azadlıqlarından biridir.

Bu istiqamətdə ictimai məlumatlılığın artırılması məqsədilə Ombudsman Səbinə Əliyevanın təşəbbüsü ilə "Nifrət nitqi və ksenofobiya ilə mübarizə kontekstində ayrı-seçkiliyin qadağan olunması prinsipi və ombudsmanların rolu” adlı xüsusi maarifləndirici vəsait hazırlanıb.

Sözügedən vəsaitdə nifrət nitqinin anlayışı, növləri, əlamətləri barədə geniş məlumata verilir, nifrət nitqinin və ayrı-seçkiliyin aradan qaldırılması sahəsində mövcud olan beynəlxalq sənədlərdə təsbit olunmuş normalar, tətbiq olunan qabaqcıl beynəlxalq təcrübələr təhlil edilir, eləcə də bu istiqamətdə ombudsmanların həyata keçirdikləri fəaliyyət istiqamətlərinə dair ətraflı məlumat təqdim olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031