Milli Mətbuatın 150 İlliyi: “Əkinçi” Mükafatı təqdim olundu
İyulun 16-da “EMEDIA GROUP” Media təşkilatının təşəbbüsü və rəhbərliyi, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti, Qərbi Azərbaycan İcması və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə Milli Mətbuatın 150 illiyinə həsr edilmiş və “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Əkinçi - 150 il: Tariximizin sözüdür” və “Qərbi Azərbaycan tarixini xalçalar danışacaq” mövzusunda tədbir keçirilib.
Tədbirdə dövlət rəsmiləri, rəsmi qurumların nümayəndələri, yerli və Türkiyə mətbuatının təmsilçiləri, incəsənət və ictimaiyyət xadimləri iştirak ediblər.
Tədbirdə Azərbaycan milli mətbuatının yaranmasının 150 illik yubileyi münasibətilə təsis edilən “Əkinçi” mükafatı təqdim olunub. Təltif olunanlar sırasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının mətbuat katibi Araz Əsgərli də yer alıb.