azturkxeber.az
http://azturkxeber.az

Fərid Qayıbov Azərbaycan İdman Akademiyasında idman federasiyalarının nümayəndələri ilə 21-ci görüşünü keçirib

21-07-2025

İyulun 21-də gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan İdman Akademiyasında idman federasiyalarının nümayəndələri ilə 21-ci görüşünü keçirib.

Görüş zamanı nazir iştirakçıları salamlayaraq son dövrdə idman sahəsində görülən işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Tədbirdə bu il Azərbaycanda təşkil olunacaq III MDB Oyunlarına və Səudiyyə Ərəbistanında keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq məsələləri müzakirə olunub. Eyni zamanda, Mərkəzləşdirilmiş Reyestr Sistemi, 2028-ci ildə Los-Ancelesdə baş tutacaq XXXIV Yay Olimpiya Oyunlarına hazırlıq prosesi, Milli İdman Tibb və Reabilitasiya İnstitutunda görüləcək işlər barədə məlumat verilib.

Görüşdə həmçinin idman ictimaiyyətinin regionlara səfərləri müzakirə olunub, bir sıra təqdimatlar dinlənilib, federasiyaların sosial media fəaliyyətinə dair hesabat və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031