azturkxeber.az
http://azturkxeber.az

FHN Mətbuat xidmətinin məlumatı (video)

21-07-2025

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onbirmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 7-si uşaq olmaqla 22 nəfər bina sakini təxliyə edilib.

Yanğın nəticəsində ümumi sahəsi 80kv.m. olan ikiotaqlı mənzilin yanar kostruksiyaları 40 kv.m. sahədə yanıb.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

https://youtu.be/E8OxIG0EPWU?si=0BGTVxA5uZ00fMa1






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031