azturkxeber.az
http://azturkxeber.az

Beyləqanda narkotik vasitə və spirtli içkinin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü həbs edilib

21-07-2025

Beyləqanda narkotik vasitə və spirtli içkinin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü həbs edilib

Beyləqanda narkotik vasitə və spirtli içkinin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü sürücü həbs edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Beyləqan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində KIA markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydasını pozduğuna görə, sürücü İ.Səfərova “saxla” işarəsi verilib. Araşdırma zamanı onun narkotik vasitə və spirtli içkinin təsiri altında avtomobili idarə etdiyi aşkarlanıb.

İ.Səfərov barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən onun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 7 sutka inzibati qaydada həbs olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031