azturkxeber.az
http://azturkxeber.az

Bakı Metropoliteni və "Azərsun Holdinq" Azərbaycan mətbuatının 150 illiyi münasibətilə “İçərişəhər” stansiyasında xüsusi sərgi təşkil edib

21-07-2025

Bakı Metropoliteni və "Azərsun Holdinq" Azərbaycan mətbuatının 150 illiyi münasibətilə “İçərişəhər” stansiyasında xüsusi sərgi təşkil edib.

Sərgidə "Əkinçi" qəzetindən başlayaraq müxtəlif dövrlərdə fəaliyyət göstərmiş mətbu nəşrlər, görkəmli jurnalist və redaktorların fəaliyyəti, milli mətbuatımızın zəngin və keşməkeşli tarixini əks etdirən arxiv fotolar nümayiş olunur.

Layihənin məqsədi Azərbaycan mətbuatının keçdiyi yola işıq salmaq, onun formalaşmasında əvəzsiz rolu olan şəxsiyyətləri cəmiyyətə tanıtmaq və maarifləndirməni təşviq etməkdir.

Sərgi 21 iyul tarixindən etibarən bir həftə boyunca sərnişinlərin ziyarətinə açıqdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031