azturkxeber.az
http://azturkxeber.az

AzTU-da “Kadr indeksi” pilot layihəsinin nəticələrinə dair görüş keçirilib

21-07-2025

Azərbaycan Texniki Universitetində (AzTU) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan “Kadr indeksi” pilot layihəsinin nəticələrinə dair görüş keçirilib.

Görüşdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, AzTU-nun rektoru Vilayət Vəliyev və hər iki tərəfdən aidiyyəti üzrə nümayəndələr iştirak ediblər.

Məlumat verilib ki, ilkin olaraq layihədə Universitetin iki fakültəsindən ikinci kursda təhsil alan 65 tələbə iştirak edib və 7 istiqamətdə onların qeyri-akademik fəaliyyətləri qiymətləndirilib. Növbəti mərhələdə isə layihəyə cəlb olunmuş tələbələrin fərdi inkişafına dəstək məqsədilə tədbirlər planı hazırlanacaq.

Qeyd edək ki, dünyanın 10-dan artıq nüfuzlu universitetinin təcrübəsi əsasında hazırlanan “Kadr indeksi”nin məqsədi tələbələrin əmək bazarında rəqabət qabiliyyətinə təsir edən fərdi göstəriciləri ölçmək, səriştələrarası balansı qiymətləndirmək və tələbələrin fərdi inkişafına yönəlik sistemli yanaşmanı formalaşdırmaqdır.

Gələcəkdə layihənin genişləndirilərək AzTU-nun digər fakültələrində də həyata keçirilməsi nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031