azturkxeber.az
http://azturkxeber.az

Mixail Qusman: Azərbaycanın ən görkəmli jurnalistləri və fotomüxbirləri məhz AZƏRTAC-da çalışıb

20-07-2025

Mixail Qusman: Azərbaycanın ən görkəmli jurnalistləri və fotomüxbirləri məhz AZƏRTAC-da çalışıb

AZƏRTAC-ın tarixinin yarısı qədər mənim bu agentliklə uzunmüddətli əlaqələrim var. Biz tarixi bilməli, ondan nəticə çıxarmalı və faydalanmalıyıq. AZƏRTAC kimi tarixi olan bir xəbər agentliyinin keçmişindən danışmaq olduqca vacibdir.

Bu sözləri TASS informasiya agentliyi baş direktorunun birinci müavini Mixail Qusman Şuşa Qlobal Media Forumu çərçivəsində Laçında keçirilən “AZƏRTAC 105: Əməkdaşlığın keçmişi, bu günü və gələcəyi” mövzusunda dəyirmi masada deyib.

O qeyd edib ki, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev AZƏRTAC-a hər zaman yüksək dəyər verib, onun fəaliyyətini daim diqqətdə saxlayıb. Ulu Öndərin hakimiyyəti dövründə ölkə ilə bağlı ən vacib xəbərlər məhz AZƏRTAC vasitəsilə cəmiyyətə çatdırılıb. Heydər Əliyev bu agentliyə hər zaman xüsusi diqqət göstərib.

“Bu ənənə Prezident İlham Əliyev tərəfindən hələ də davam etdirilir. Prezident İlham Əliyev AZƏRTAC-ın fəaliyyətinə yüksək dəyər verir. 105 illik yubiley – bu, sadəcə, bir rəqəm deyil, həm də zəngin peşəkar təcrübənin, sadiqliyin və milli medianın inkişaf tarixinin göstəricisidir. Azərbaycanın ən görkəmli jurnalistləri və fotomüxbirləri məhz AZƏRTAC-da çalışıb.

İnanıram ki, bu zəngin irs və peşəkarlıq ənənəsi gələcək nəsillərə ötürüləcək. Çünki belə tarixi xəbər agentlikləri peşəkar media mütəxəssislərinin formalaşmasında mühüm rol oynayır və informasiya sahəsinə əvəzsiz töhfə verir”, - deyə Mixail Qusman əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031