azturkxeber.az
http://azturkxeber.az

Məhəmməd Asim: Media sahəsi sürətlə dəyişir və süni intellekt bu sahədə bizə müəyyən mənada kömək göstərmək potensialına malikdir

20-07-2025

Məhəmməd Asim: Media sahəsi sürətlə dəyişir və süni intellekt bu sahədə bizə müəyyən mənada kömək göstərmək potensialına malikdir

AZƏRTAC dünyanın aparıcı xəbər agentliklərindən birinə çevrilib və bu, böyük uğurun göstəricisidir.

Bu sözləri Pakistan Xəbər Agentliyinin (APP) Baş direktoru Məhəmməd Asim Xiçi Şuşa Qlobal Media Forumu çərçivəsində Laçında keçirilən “AZƏRTAC 105: Əməkdaşlığın keçmişi, bu günü və gələcəyi” mövzusunda dəyirmi masada deyib.

O qeyd edib ki, media sahəsi sürətlə dəyişir və süni intellekt bu sahədə bizə müəyyən mənada kömək göstərmək potensialına malikdir. Bu texnologiyadan düzgün istifadə informasiya axınının daha effektiv və keyfiyyətli şəkildə təmin edilməsinə imkan yaradır.

“Eyni zamanda vurğulamaq istərdim ki, Pakistanın APP xəbər agentliyi ilə AZƏRTAC arasında mövcud olan uğurlu əməkdaşlıq münasibətlərindən böyük məmnunluq duyuram. Bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə və dərinləşəcəyinə ümid edirəm.

AZƏRTAC-ı bu əlamətdar yubileyi münasibətilə bir daha təbrik edir, quruma davamlı inkişaf və yeni nailiyyətlər arzulayıram”,- deyə Məhəmməd Asim Xiçi əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031