azturkxeber.az
http://azturkxeber.az

Olimpiya festivalında iştirak edəcək Azərbaycan gimnastları Xorvatiyaya yollanıblar

19-07-2025

Olimpiya festivalında iştirak edəcək Azərbaycan gimnastları Xorvatiyaya yollanıblar

XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) iştirak edəcək Azərbaycan gimnastları yarışların keçiriləcəyi Xorvatiyanın Osiek şəhərinə gediblər.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, EYOF-un proqramında yer alan idman gimnastikası yarışlarında ölkəmizi bir oğlan və üç qız idmançı təmsil edəcək.

Qeyd edək ki, EYOF-2025 çərçivəsində Azərbaycan ümumilikdə 10 idman növündə 52 (28 oğlan, 24 qız) təmsil olunacaq. Budəfəki festival əvvəlkilərdən fərqli olaraq, iki ölkədə Şimali Makedoniya (Skopye və Kumanovo) və Xorvatiyada (Osiek) keçiriləcək.

Festivalın açılış mərasimi iyulun 20-də Yan Sandanski İdman Mərkəzində təşkil olunacaq.

Xatırladaq ki, ötən gün digər idmançılarımız festivalda iştirak etmək üçün Şimali Makedoniyanın Skopye şəhərinə yola düşmüşdü.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031