azturkxeber.az
http://azturkxeber.az

Odessa şəhər meri Azərbaycanın diaspor fəalları ilə görüşüb

19-07-2025

Ukraynanın Odessa şəhər meri Qennadi Truxanov Azərbaycan diasporunun fəalları ilə görüşüb.

Truxanov sosial media səhifəsində yaydığı məlumatda görüş zamanı Odessada Azərbaycan mədəniyyətinin elementlərini özündə əks etdirən park konsepsiyasının müzakirə olunduğunu bildirib.

“Bolşoy Fontan”ın 4-cü stansiyasında 2 hektardan çox yaşıllıq sahəsində salınacaq “Azərbaycan” parkı müasir ictimai məkan olacaq. Azərbaycan diasporunun nümayəndələri ilə birlikdə layihənin konsepsiyasını, həyata keçirilmə mərhələlərini və maliyyə mənbələrini müzakirə etdik”, - deyə mer əlavə edib.

Görüşdə soydaşlarımız adından danışan “Birlik” təşkilatının sədri vəzifəsini icra edən Cəlil Astanov bildirib ki, “Azərbaycan” parkı odessalılara gözəl hədiyyə olacaq.

Görüşdən sonra Qennadi Truxanov və Azərbaycanın diaspor fəalları gələcək parkın yerinə gediblər. “Bu, icma, biznes və hökumət arasında real qarşılıqlı əlaqənin nümunəsidir. Odessanın çoxmillətli birlik və qələbə şəhəri olduğunun daha bir sübutudur”, - deyə mer əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031