azturkxeber.az
http://azturkxeber.az

Misir əhalisinin 60 faizi 30 yaşdan aşağıdır

19-07-2025

Misir əhalisinin 60 faizi 30 yaşdan aşağıdır

Misir əhalisinin böyük hissəsi gənclərdən ibarətdir. Belə ki, əhalinin 60 faizini 30 yaşa qədər insanlar təşkil edir. 15 yaşa qədər insanların sayı isə ümumi əhalinin 32%-nə çatıb. Bu rəqəmlər gələcək inkişafı dəstəkləyə biləcək böyük insan potensialının mövcudluğunu göstərir.

Bunu Misirin Mərkəzi Statistika təşkilatının sədrinin müşaviri Hüseyn Əbdüləziz yerli televiziyalara müsahibəsində deyib.

Qeyd olunub ki, hazırda 60 və yuxarı yaşda olanların sayı 5%-dən çox deyil. Lakin səhiyyə xidmətlərinin yaxşılaşması nəticəsində bu rəqəmin 2027-ci ilə qədər artaraq 15%-ə çatacağı gözlənilir.

Statistika təşkilatının müşaviri bildirib ki, ölkədə kişilərin sayı qadınlardan çoxdur. Belə ki, hər 100 qadına 106 kişi düşür.

Hüseyn Əbdüləziz Misirdə boşanma və subaylıq hallarının artması ilə bağlı yayılan iddiaları rədd edərək bildirib ki, 2023-cü ildə ölkədə 960 min nikah qeyd alınıb, 266 min boşanma halı baş verib. O əlavə edib ki, evliliyin ilk ilində baş verən boşanmaların sayı isə 10%-i keçmir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031