Media: Trampın Aİ ölkələrinə qarşı tarifləri 15%-dən aşağı salmaq planı yoxdur
ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqından (Aİ) gələn məhsullara 15-20%-dən az olmayan rüsumların tətbiq edilməsində israr edir.
Bu barədə “Financial Times” qəzeti Vaşinqton administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb.
Nəşr əlavə edib ki, Vaşinqton və Brüssel bir neçə həftədir Aİ-nin əksər məhsullarına Amerika tariflərini 10%-ə endirmək üçün danışıqlar aparırdı. Qəzet vurğulayıb ki, Avropa İttifaqı 15% rüsum nəzərdə tutan saziş bağlamağa hazır deyil.