azturkxeber.az
http://azturkxeber.az

Küveytdə Aİ-KƏŞ ölkələri nazirlər toplantısı keçiriləcək

19-07-2025

Küveytdə Aİ-KƏŞ ölkələri nazirlər toplantısı keçiriləcək

Cari il oktyabrın 6-da Küveytdə Avropa İttifaqı (Aİ)-Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrin 29-cu nazirlər toplantısı keçiriləcək.

Bunu Aİ-nin Küveytdəki səfiri xanım Anne Koistinen “əl-Ray” qəzetinə müsahibəsində bildirib.

Diqqətə çatdırılıb ki, qarşıdakı aylar Aİ ilə KƏŞ ölkələri arasında əlaqələrin möhkəmləndirilməsi üçün böyük fürsət olacaq.

Vurğulanıb ki, cari il noyabrın 5-də Küveytdə doqquzuncu AB-KƏŞ Biznes Forumu keçiriləcək. Tədbirin məqsədi ortaq istəkləri konkret əməli addımlara çevirmək, tərəflər arasında mühüm sahələrdə ticarət və investisiya əməkdaşlığını dəstəkləməkdir.

Qeyd olunub ki, ötən ilin oktyabr ayında Brüsseldə keçirilən görüşdə Aİ və Körfəz Əməkdaşlıq Şurası ölkələrinin rəhbərləri qarşılıqlı faydalı ticarət və investisiya əlaqələri qurmaq və bu əlaqələri çoxtərəfli, regional və ikitərəfli əməkdaşlıq çərçivələrində inkişaf etdirmək barədə razılığa gəliblər. Bu görüşdə liderlər bir sıra ortaq əməkdaşlıq imkanlarını müəyyən ediblər. Onlar biznes və investisiya mühitinin yaxşılaşdırılması, yaşıl və rəqəmsal transformasiya, dayanıqlı enerji, qarşılıqlı əlaqələrin gücləndirilməsi, eləcə də iqtisadiyyatların inteqrasiyası və şaxələndirilməsi sahələrində əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını bildiriblər.

Strateji tərəfdaşlıq sazişləri Aİ ilə digər ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün çərçivə yaradır və gələcəkdə ticarət sazişlərinə yol aça bilər.

Qeyd edək ki, Aİ ilə Körfəz ölkələri arasında ilk dəfə 1990-cı ildə ticarət sazişi üzrə danışıqlara başlanılıb, lakin bu cəhdlər indiyə qədər rəsmi razılaşma ilə nəticələnməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031