azturkxeber.az
http://azturkxeber.az

İtaliyada həlak olmuş jurnalistlərin xatirəsinə Milli Gün təsis olunub

19-07-2025

İtaliyada həlak olmuş jurnalistlərin xatirəsinə Milli Gün təsis olunub

İtaliyada peşə fəaliyyətini yerinə yetirərkən həlak olmuş və ya öldürülən jurnalistlərin xatirəsinə Milli Gün təsis edilib.

İtaliya parlamenti bununla bağlı qanun qəbul edib. Qanuna əsasən, mayın 3-ü ölkədə Jurnalistlərin Xatirəsi Milli Günü kimi qeyd olunacaq.

İtaliyanın Baş naziri Ciorcia Meloni deyib ki, peşə fəaliyyətinə görə həlak olmuş jurnalistlərin xatirəsinin yad edilməsi üçün Milli Gününün təsis olunması haqqında qanun layihəsinin parlamentdə yekdilliklə təsdiq edilməsini böyük məmnunluqla alqışlayıram.

“Bu gündən etibarən mayın 3-ü vətəndaşların məlumat almaq hüququnu təmin edərək, öz peşəkarlığını və cəsarətini hamımızın xidmətinə qoyanların şərəfləndirilməsi üçün təntənəli an olacaq. Jurnalistlərə hörmət etmək indi dövlət qanunlarında təsbit edilmiş bir vəzifədir və biz onu şərəfləndirməyə sadiqik”, - deyə o bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031