azturkxeber.az
http://azturkxeber.az

FHN-in Cənub Regional Mərkəzində “Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbir keçirilib

19-07-2025

"Konstitusiya və Suverenlik İli” münasibətilə “Ulu Öndər Heydər Əliyev və milli dövlətçilik təfəkkürü” mövzusunda FHN-in Cənub Regional Mərkəzində tədbir keçirilib.

Nazirliyin regionda fəaliyyət göstərən yerli qurumlarının rəhbərlərinin və Mərkəzin kollektivinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.

Tədbir Ümummilli Liderin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbir zamanı çıxış edən digər natiqlər Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolu və zəngin ictimai-siyasi fəaliyyəti haqqında ətraflı məlumat veriblər, Dahi Rəhbərin adının milli dövlətçilik tariximizə qızıl hərflərlə yazıldığını iftixar hissilə qeyd edərək bu gün Ulu Öndərin əsasını qoyduğu uğurlu siyasi kursun Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə zamanın çağırışlarına uyğun davam və inkişaf etdirildiyini qeyd ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031