azturkxeber.az
http://azturkxeber.az

Avropanın altı ölkəsinin daxili işlər nazirləri miqrasiyaya qarşı mübarizəyə dair müzakirələr aparıblar

19-07-2025

Avropanın altı ölkəsinin daxili işlər nazirləri miqrasiyaya qarşı mübarizəyə dair müzakirələr aparıblar

Almaniya, Fransa, Polşa, Danimarka, Çexiya və Avstriyanın daxili işlər nazirləri Avropa İttifaqının (Aİ) miqrasiya siyasətində birgə mövqeyin gücləndirilməsi və qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində konkret tədbirlər barədə razılığa gəliblər.

Razılıq Almaniyanın ən hündür zirvəsində - Zuqşpitsedə keçirilən sammitdə əldə olunub.

Müzakirələrdə Aİ-nin miqrasiya üzrə komissarı Maqnus Brunner də iştirak edib.

Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt miqrasiya siyasətində daha sərt və sürətli yanaşmanın vacibliyini vurğulayıb. Ölkəsinin Aİ-də məsuliyyətli rol oynamaq niyyətində olduğunu bəyan edən nazir deyib: “Biz göstərmək istəyirik ki, Almaniya artıq miqrasiya məsələsində Aİ-də əyləc deyil, lokomotivdədir”.

A.Dobrindt əsas prioritetlər arasında Aİ-nin xarici sərhədlərinin gücləndirilməsi və sığınacaq müraciəti rədd edilən şəxslərin üçüncü ölkələrə sürətli qaytarılması məsələsinin yer aldığını vurğulayıb. Bildirib ki, effektiv geri qaytarmalar balanslı və ədalətli miqrasiya siyasətinə ictimai inamın əsas şərtidir. Miqrasiya siyasətində əsas prinsip həmrəylik, sərtlik və sürət olmalıdır. “Aİ açıq regiondur, lakin kimlərin buraya gələcəyinə insan qaçaqmalçıları qərar verə bilməz”, - deyə o vurğulayıb.

Aİ-nin miqrasiya üzrə komissarı Maqnus Brunner isə üzv ölkələr arasında daha yaxşı koordinasiyanın vacibliyinə diqqət çəkib.

Almaniya hökumətinin qaçqınlar məsələləri üzrə səlahiyyətli nümayəndəsi Natali Pavlik isə sərt yanaşmanı tənqid edərək, əsas məqsədin inteqrasiyanın gücləndirilməsi və siyasətin modernləşdirilməsi olduğunu bildirib.

Sammitin yekununda qəbul olunan bəyanatda miqrasiya və sığınacaq siyasətində daha sərt kursun həyata keçirilməsinin razılaşdırıldığı qeyd edilib. Bəyanatda göstərilən prioritetlər arasında Suriyaya və Əfqanıstana sistemli deportasiyaların həyata keçirilməsi, Aİ-nin xarici sərhədlərinin gücləndirilməsi və sığınacaq müraciəti rədd edilən şəxslərin Aİ-dən kənar ölkələr tərəfindən qəbul olunması məsələləri yer alıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031