azturkxeber.az
http://azturkxeber.az

Aİ ilə KƏŞ ölkələri arasında strateji tərəfdaşlıq danışıqları başlayır

19-07-2025

Aİ ilə KƏŞ ölkələri arasında strateji tərəfdaşlıq danışıqları başlayır

Avropa İttifaqı (Aİ) beynəlxalq tərəfdaşlıqlarını genişləndirmək məqsədilə Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri ilə ikitərəfli strateji tərəfdaşlıq sazişləri imzalamaq üçün danışıqlara başlamağa razılıq verib.

Brüsseldə keçirilən nazirlər toplantısında Aİ-nin nazirləri KƏŞ-ə üzv dövlətlərlə (Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Oman və Qətər) ticarət danışıqlarına başlamağa qərar veriblər.

Danışıqların ən qısa zamanda başlaması gözlənilir və onlar təhlükəsizlik məsələlərindən tutmuş enerji sektorunda əməkdaşlığa qədər geniş sahələri əhatə edəcək.

Aİ-nin Aralıq dənizi məsələləri üzrə komissarı xanım Dubravka Şuytsa “Bloomberg”ə bildirib ki, qurum strateji tərəfdaşlıq sazişləri vasitəsilə Körfəz ölkələri ilə əməkdaşlığı yeni səviyyəyə yüksəltmək istəyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031