azturkxeber.az
http://azturkxeber.az

Universiada: Azərbaycan idmançıları bu gün dörd növ üzrə yarışacaqlar

18-07-2025

Universiada: Azərbaycan idmançıları bu gün dörd növ üzrə yarışacaqlar

Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasının ikinci yarış günündə Azərbaycan idmançıları dörd idman növü üzrə mübarizə aparacaqlar.

Qız stolüstü tennisçilərdən ibarət yığmamız ABŞ, oğlanlardan ibarət milli komandamız isə Çili idmançıları ilə qarşılaşacaq.

Azərbaycan tennisçisi Kənan Qasımov 1/32 finalda uqandalı Trevor Solomon Kazibve ilə üz-üzə gələcək. Bədii gimnastlar İlona Zeynalova və Kamilla Seyidzadə, eləcə də Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina və Güllü Ağalarzadədən ibarət qrup hərəkətləri komandası öz çıxışlarını davam etdirəcəklər.

Bu gün, həmçinin üzgüçülər Fatimə Alkərəmova, Nihad Yusibov, Rəşad Alquliyev və Səid Həmidov mübarizə aparacaqlar.

Qeyd edək ki, Universiadaya iyulun 27-də yekun vurulacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031