azturkxeber.az
http://azturkxeber.az

Türkiyədə gözlənilən isti hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edilib

18-07-2025

Türkiyədə gözlənilən isti hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edilib

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum ölkədə havanın temperaturunun kəskin yüksələcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Sosial media hesabında bununla bağlı açıqlama verən nazir iyulun 19-dan etibarən bir həftə ərzində Türkiyədə havanın temperaturunun 6-12 dərəcə artacağının proqnozlaşdırıldığını bildirib. “Sağlamlığımızı qorumaq və mümkün meşə yanğınlarının qarşısını almaq üçün hər zamankından daha ehtiyatlı davranmalıyıq”, - deyə Murat Kurum vurğulayıb.

Nazir Diyarbakır vilayətində havanın temperaturunun 45 dərəcəyədək yüksələcəyini diqqətə çatdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031