azturkxeber.az
http://azturkxeber.az

“The Times”: Tramp Çində Putin və Si Cinpinlə görüşə bilər

18-07-2025

“The Times”: Tramp Çində Putin və Si Cinpinlə görüşə bilər

ABŞ Prezidenti Donald Tramp sentyabrın əvvəlində Çin Xalq Respublikasının Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Pekinə dəvət oluna bilər.

Bu iddia ilə Britaniyanın “The Times” qəzeti çıxış edib.

Nəşr iddia edir ki, ABŞ və Çin arasında bir sıra ticarət sövdələşmələri Trampı Pekinə qarşı sərt kursunu yenidən nəzərdən keçirməyə vadar edib və bu, Amerika liderinin İkinci Dünya müharibəsində qələbənin 80-ci ildönümü şərəfinə Çin paytaxtına hərbi parada mümkün dəvəti ilə bağlı fərziyyələrə səbəb olub.

Bundan əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat vermişdi ki, Putin avqustun sonu - sentyabrın əvvəllərində Çinə səfər edəcək və burada İkinci Dünya müharibəsində qələbənin ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031