azturkxeber.az
http://azturkxeber.az

Parisdə qaz sızmasına görə Şimal Vağzalı təxliyə edilib, nəqliyyat şəbəkəsində ciddi gecikmələr olub

18-07-2025

Parisdə qaz sızmasına görə Şimal Vağzalı təxliyə edilib, nəqliyyat şəbəkəsində ciddi gecikmələr olub

Parisin əsas nəqliyyat qovşaqlarından olan Şimal Vağzalı (Gare du Nord) günün ikinci yarısında qaz sızması təhlükəsi səbəbilə təxliyə edilib. Vağzala polis qüvvələri cəlb olunub, təhlükəsizlik səbəbilə geniş perimetrdə nəqliyyatın hərəkəti dayandırılıb.

Fransa Dəmir Yolları Şirkətinin (SNCF) açıqlamasına görə, hadisə əsas xətlərdə 5-dən 30 dəqiqəyə qədər gecikmələrə səbəb olub.

Qaz sızması barədə ilk məlumatı polis əməkdaşları qeydə alıblar. Onlar vağzalda şübhəli qoxu hiss etdikdən sonra təcili olaraq təhlükəsizlik perimetri qurulub və insanlar vağzaldan təxliyə olunub.

Təhlükə yalnız uzaq məsafəyə gedən qatarları deyil, metro və şəhərətrafı qatar xətlərini də əhatə edib. Xüsusilə 4 və 5 saylı metro xətlərindən Şimal Vağzalına girişlər bağlanıb, şəhərətrafı qatarlarda B xətti üzrə isə qatarlar stansiyada dayanmadan keçirlər.

RATP və SNCF nəqliyyat şirkətlərinin birgə məlumatında vətəndaşlara alternativ nəqliyyat vasitələrindən istifadə etmələri və səfərlərini əvvəlcədən planlaşdırmaları tövsiyə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031