azturkxeber.az
http://azturkxeber.az

Nazirlikdə növbəti kollegiya iclası keçirilib

18-07-2025

İyulun 1-dən sosial müavinətlərdə və təqaüdlərdə edilmiş artımlar Prezident İlham Əliyevin həssas əhali qruplarına qayğısının növbəti təzahürüdür.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Nazirlikdə keçirilən kollegiya iclasında bildirib.

İclasda Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2025-ci ilin birinci yarımilində əhaliyə ödənişlərin ümumi məbləğinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5% artaraq 3 mlrd. 628 mln. manat təşkil etdiyi diqqətə çatdırılıb.

Əmək münasibətlərində elektronlaşma işləri nəticəsində elektron əmək müqavilələrinin mövcud əmək müqavilələrinin artıq 93%-ni təşkil etdiyi diqqətə çatdırılıb. Elektronlaşma işləri çərçivəsində “Əmək və məşğulluq” altsisteminin (ƏMAS) funksionallığının artırılması üçün perspektivlər müzakirə olunub.

DOST mərkəzlərində 2025-ci ilin 6 ayında 436 min nəfərə xidmət göstərildiyi, bu xidmətlər üzrə vətəndaş məmnunluğunun 98,1% təşkil etdiyi qeyd olunub.

Sosial Xidmətlər Agentliyi tərəfindən cari ilin ilk yarımilində 2,6 min şəxsə stasionar və yarımstasionar, 3,6 min şəxsə evdə (səyyar) sosial xidmət göstərildiyi, 69 uşağın övladlığa, 14 uşağın himayədar ailələrə verildiyi, 118 uşağın isə ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısının alındığı bildirilib.

Hesabat dövründə 26,6 min şəxsə əlillik təyinatı aparıldığı, 63 min şəxsə reabilitasiya xidməti göstərildiyi və əlilliyi olan şəxslərin 69 min reabilitasiya vasitəsi ilə təminatının həyata keçirildiyi vurğulanıb.

Ümumilikdə 235 min nəfərin məşğulluq tədbirləri ilə əhatə olunduğu, 9,8 min nəfərin özünüməşğulluq proqramına cəlb edildiyi qeyd olunub.

Kollegiya iclasında daha 46 peşə və kvalifikasiya standartı təsdiqlənib. Bununla da təsdiqlənmiş peşə və kvalifikasiya standartlarının ümumi sayı 1380-i ötüb.

İclasda həmçinin Nazirlikdə maliyyə, iqtisadiyyat, daxili nəzarət, sənədlər və vətəndaş müraciətləri ilə iş sahəsində görülmüş işlərə dair müzakirələr aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031