azturkxeber.az
http://azturkxeber.az

Belçikada 15 aylıq övladını avtomobildə unudaraq ölümünə səbəb olan şəxslə bağlı cinayət işi başlanıb

18-07-2025

Belçikada 15 aylıq övladını avtomobildə unudaraq ölümünə səbəb olan şəxslə bağlı cinayət işi başlanıb

Belçikanın Namür şəhərində 15 aylıq qızını avtomobildə unudaraq ölümünə səbəb olan şəxslə bağlı cinayət işi başlanıb.

Ata işə gedərkən körpə övladını uşaq bağçasına aparmağı unudub. Nəticədə körpə atasının iş yerinin parklanma yerində saatlarla avtomobildə qalıb. Həmin gün Belçikada havanın temperaturu 25 dərəcə olub və uşaq hipertermiyadan vəfat edib.

Hadisə ilə əlaqədar ehtiyatsızlıqdan adamöldürmə maddəsi ilə cinayət işi başlanıb. İlkin araşdırmalara əsasən, uşağın yanlışlıqla avtomobildə unudulduğu ehtimal olunur.

Qeyd edək ki, mütəxəssislər isti havada uşaqların avtomobildə tək qalmamasını tövsiyə edirlər. Amerika Birləşmiş Ştatlarının Corciya Universitetinin alimləri müəyyən ediblər ki, havanın temperaturu 20 dərəcə olduqda avtomobilin içində temperatur bir saat ərzində 46 dərəcəyədək yüksələ bilər. Temperatur 30 dərəcə olduqda isə avtomobilin salonunda hərarət yarım saat sonra 46 dərəcəyə çatır ki, bu da həyat üçün təhlükəli həddir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031