Yeni Zelandiyada 50 ildən sonra ilk dəfə xallı xırda kivi aşkarlanıb
Yeni Zelandiyada 50 ildən sonra ilk dəfə nadir kivi növü yenidən aşkar edilib. Xırda xallı kivi və ya kivi pukupuku ilk dəfə Təbiəti Mühafizə Nazirliyinin ovçusu tərəfindən ölkənin qərb sahilində yerləşən ucqar Adams qoruğunda müşahidə olunub.
Bu barədə xarici mediaya istinadla xəbər verir.
Bu hadisə nazirliyin biomüxtəliflik şöbəsinin ləpirçisi İen Qremi iti (Briu) ilə birgə quşu tapmaq üçün səfərə çıxmağa həvəsləndirib.
“İlk gecə kivi səsini, iki duet eşitdim və dərhal başa düşdüm ki, bu səslər digər kivilərdən fərqlidir. Bu, çox həyəcanverici idi, amma axtarış zonasını dəqiq müəyyənləşdirmək bir neçə gün çəkdi”, – deyə Qrem bildirib.
Kivi pukupuku invaziv yırtıcılar qarşısında son dərəcə zəifdir. İndiyə qədər onların yalnız kontinental sahildənkənar adalarda və yırtıcılardan qorunan hasarlanmış ərazilərdə yaşadığı güman edilirdi.
Təxminən 2000-ə yaxın bu nəsli kəsilməkdə olan quş qalıb. Lakin ictimai qruplar və agentliklərin həyata keçirdiyi mühafizə tədbirləri sayəsində artmağa davam edir.
Uzun illər aparılan axtarışlara baxmayaraq, kivi pukupukunun materikdə sonuncu dəfə 1978-ci ildə görüldüyü qeyd olunur.
“Kivi pukupuku Yeni Zelandiyanı bu qədər xüsusi edən unikal növlərdən biridir. Təbiəti mühafizə dünyası üçün bu yeni kəşfin nə qədər həyəcanverici olduğunu ifadə etməkdə çətinlik çəkirəm”, – deyə kivilərin bərpası qrupunun rəhbəri Emili Kinq bildirib.